Qeydiyyat

Hörmətli Müsafir,

Xahiş edirik, İNTERNET XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR MÜQAVİLƏMİZİN məzmunu ilə tanış olasınız. Yeni akkauntun qeydiyyatına başlamaq üçün əvvəlcə müqavilənin şərtlərilə razılığınızı bildirin.

Əgər mövcud müqavilənin şərtlərilə razı deyilsinizsə, təklif və iradlarınızı aşağıdakı ünvana göndərə bilərsiniz: office@azdata.net


İNTERNET XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR MÜQAVİLƏ


Mövcud Razılaşma ADaNet kompaniyası (gələckdə "İcraçı adlandırılacaq) və Sizin (fiziki/hüquqi şəxs, sonralar "Sifarişçi" adlandırılacaq) aranızda bağlanılır.

1. İcraçı, Sifarişçini beynəlxalq informasiya resurslarına - İnternetə - girişlə təmin etməyi öhdəsinə götürür.

2. Sifarişçi, İnternetə ödədiyi girişi öz bildiyi kimi, vaxtı məhdudlaşdırılmadan, Azərbaycan Respublikasının qanunvericiliyi və Rabitə Nazirliyinin normativ aktları tərəfindən qadağan edilməyən istənilən məqsədlə istifadə etmək hüququna malikdir.

3. İcraçı, Sifarişçinin şəxsi hesabının (akkauntunun) vəziyyəti barədə məlumatı İnternetdə http:/www.azdata.net/userstats ünvanında yerləşdirir.

4. Sifarişçi, öz qeydiyyat məlumatlarının İcraçının sistemində istifadəsi üçün tam məsuliyyət daşıyır və Dial-up, E-mail, Usenet xidmətlərinin istifadəsinə görə parolları mütəmadi olaraq http:/www.azdata.net/userstats ünvanında dəyişməyi və antivirus proqram təminatını yeniləməyi öhdəsinə alır.

5. İcraçı, rabitə xidmətləri təqdim edən dövlət və ya kommersiya strukturları tərəfindən yığılan əlavə ödənişlər üçün məsuliyyət daşımır.

6. İcraçı, Sifarişçi və ya hər hansı bir üçüncü şəxs tərəfindən İnternetdə təqdim edilən informasiya və xidmətlərə görə məsuliyyət daşımır və İcraçının İnternetə giriş sistemi vasitəsilə yayımlanan informasiyanın məzmununa cavabdeh deyil.

7. İcraçı, Azərbaycan Respublikasının Konstitusiyası və "Rabitə haqqında Qanunu"na uyğun olaraq elektron poçtunun tam məxfiliyinə - Azərbaycan Respublikasının Rabitə Nazirliyinin qanun və normativ aktlarında nəzərdə tutulmuş hallardan başqa - zəmanət verir.

8. Əgər, İcraçının fikrincə, Sifarişçinin əməlləri İcraçıya və ya üçüncü şəxslərə zərər gətirirsə, o, Sifarişçinin İnternetə girişini bağlamaq hüququna malikdir.

9. İcraçı mövcud Müqavilənin şərtlərini dəyişdirmək hüququna malikdir. Müqavilə https://cards.azdata.net/cards/application_submitting/az/license_agreement.html səhifəsində çap olunduqdan sonra qüvvəyə minir.

10. Mövcud Razılaşma "Razılıq verirəm" düyməsi basıldıqdan sonra qəbul olunmuş sayılır.


Razılıq vermirəm
Vaxt artırması | Qeydiyyat | FAQ

Ünvan: Bakı, Z.Tağıyev küç. 13;
Tel: 974116; Faks: 974117; E-mail: office@azdata.net; Web: http://www.azdata.net